“Rəvan”da 4 legioner baxışdadır
“Rəvan” baxışa 4 futbolçu çağırıb. Unibank Premyer Liqasının debütantı əcnəbi futbolçuları sınayacaq. Baxışa dəvət olunan futbolçular İsveç və Afrika ölkələrini təmsil edirlər. Onlar komandanın yanvarın 21-də Mingəçevirdə başlayacaq təlim-məşq toplanışına qatılacaq. “Barselona”nın düşərgəsindən təcrübədən qayıtdıqdan sonra yeniləri yoxlayacaq baş məşqçi Vladislav Qədirov onların arasından ən yaxşılarını seçməyə çalışacaq.

Xəbər 915 dəfə oxundu.