"Qarabağ"da vacib toplantı
Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanovun iştirakı ilə bu gün mətbuat konfransı keçiriləcək.

Suraxanı qəsəbə stadionunda keçiriləcək tədbir saat 13:00-da başlayacaq.

Konfrans zamanı "Qarabağ"ın Avropa Liqasındakı ümumi çıxışı, "İnter"lə son qrup oyunu və həmin görüşdəki hakim idarəçiliyi müzakirə olunacaq.

Qeyd edək ki, "Qarabağ" klubunun "İnter"lə görüşün baş hakimi Miroslav Zelinkanın matçın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu hesaba almaması ilə bağlı UEFA-ya şikayət edəcəyi gözlənilir.

Xəbər 955 dəfə oxundu.