Salyanda sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib
Dekabrın 9-da Salyan rayon Sarvan kəndində “Aran” idman klubunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd ümummilli lider H. Əliyevin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərə sağlam həyat tərzi və vətənpərvərlik ruhunu aşılamaq, rayonun perspektivli idmançılarını aşkar etməkdən ibarət olub.
Birincilik Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən 85 nəfər idmançı, 2 yaş qrupunda 26,29,32,35,38,42,46,50,54,58,63,63+ kq çəki dərəcələri üzrə keçirilib. Rayonun idmançıları ilə yanaşı Astara, Neftçala və Sabirabad rayonundan idmançılar da iştirak ediblər.

Yekun nəticələrə görə birinci yerə Salyan, ikinciyə Astara, üçüncüyə Neftçala güləşçiləri layiq görülüblər.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalla təltif olunublar.

Xəbər 1147 dəfə oxundu.