"Qarabağ" - "İnter" matçına bilet qalmadı
Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ" - "İnter" matçına maraq böyükdür.

Oyunun başlamasına bir neçə saat qalmasına baxmayaraq artıq satışa çıxarılan 30 min 900 biletin hamısı azarkeşlər tərəfindən alınıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" matçı saat 21:00-da başlayacaq.

Xəbər 833 dəfə oxundu.