Azərbaycan məktəbliləri Avstriyadakı xizək alpinizmi üzrə gənclər düşərgəsindən qayıdıblar
Azərbaycan məktəbliləri ilk dəfə xizək alpinizmi (ski-alpinism) üzrə beynəlxalq gənclər düşərgəsində iştirak ediblər. Düşərgə Avstriyanın Lients şəhərində, Tirol Alplarında keçirilib.

Bu düşərgə artıq 8 ildir ki, keçirilir, lakin, yalniz bu dəfədən etibarən o, beynəlxalq xarakter alıb. Builki tədbirdə 11 ölkə nümayəndəsi iştirak edib, Azərbaycan isə keçmiş SSRİ dövlətlərindən olan ilk və yeganə dövlət olub.

Beynəlxalq xizək alpinizmi federasiyasının (ISMF) üzvü olan Azərbaycan alpinizm federasiyası (AAF) ilk dəfə idi ki, bu növ düşərgədə iştirak edirdi. AAF-nı Nizami uşaq və gənclər incəsənəti mərkəzinin “Gənc səyyah” dərnəyinin üzvləri təmsil edirdi.

Azərbaycan idman heyyətinə rəhbərlik edən dərnəyin sədri Yevgeniya Nəcəfova idi.

Komandada isə 13-15 yaş arası olan 4 “gənc səyyah” var idi.

“Düşərgənin rəsmi açılışı dekabrın 4-ü Lientsdə olub, - deyə, Evgeniya xanum danışır. – Uşaqlara xüsusi, o cümlədən, qar uçqununa qarşı ləvazimat verilib, onun istifadə qaydası izah edildi. Həmin günün gecəsi isə düşərgə iştirakçıları üçün xizək alpinizmi üzrə dəfələrlə dünya çempionu olan Mireya Miro ilə görüş təşkil olunub. O, uşaqlara bu idman haqqında maraqlı şeylər danışıb, onların suallarına cavab verdi.

Tirol Alplarına qışın hələ tam olaraq gəlməməsi ilə bağlı düşərgə təşkilatçıları proqrama bəzi dəyişikliklər salıb, dərslərin keçirilmə yerini dəyişməli oldular. Düşərgənin ikinci günündə iştirakçılar üçün xizək turu təşkil edilib. Onları dağa aparıb, startı 2000 m hündürlükdən veriblər. Buradan 5 qrupa bölünən uşaqlar təlimatçıların nəzarəti altında qarlı meşə ilə yüksək dağlarda yerləşən daxmaya doğru üz tutublar. Qalxma prosesi ağır idi və 4 saatdan çox vaxt apardı. Qısa istirahət fasiləsindən sonra iştirakçılar xüsusi trass ilə start nöqtəsinə eniblər.

Bir gün sonra idmançılar üçün yarış keçirildi – onlar xizəklə 1 km-lik dik qarlı yamaclığa qalxıb, ondan sonra isə qırmızı (yəni çətinlik dərəcəsi yüksək) trass ilə eniblər. Bu yarışda nə qələbə, nə də məğlubiyyat olmayıb, hər kəs xatirə hədiyyəsini alıb. Bu tədbirin əsas məqsədi - uşaqları idman yarışları ab-havası ilə tanış etmək idi.

Düşərgənin son günündə ən vacib dərslərdən biri keçirilib – təhlükəsizlik texnikası və dağların ən böyük bəlası olan qar uçqunu zamanı xilas etmə qaydaları. Dərsdən əvvəl iştirakçılar Beynəlxalq xizək alpinizmi federasiyasının prezidenti ilə görüşüblər. O, çıxış edib, uşaqları təbrik etdi və onlara hədiyyələr verdi. Ümumiyyətlə, düşərgənin ab-havası olduqca mehriban idi. Bir çox iştirakçı artıq dəfələrlə müxtəlif yarışların qalibi olmasına baxmayaraq digərlərinə qarşı çox xoş rəftar göstərirdi. Bizim uşaqlara kömək edirdilər, onları dəstəkləyirdilər.”

“Ümid edirik ki, bu başlanğıcın davamı olacaq. Bu növ tədbirlərin taşkil olunması və keçirilməsi üçün hər cür şəraitimiz var. Azərbaycanda xizək alpinizminin inkişafı üçün böyük potensial var. Dünyada isə bu idman növünün populyarlığı getdikcə artır. Biz də dünya miqyaslı idmançılarımızın olduğunu istəyiriksə, ilk növbədə uşaqlardan başlamalıyıq. Xüsusi seksiyalar, məktəb olmalıdır. Bu idman qış alpinizmi və dağ xizəyini birləşdirir, və idmançılardan dağ xizək texnikası ilə dərin tanışlığı, fiziki formanın yaxşı olmasını və qış dağlarının təbiəti haqqında biliyin olmasını tələb edir. Məhz belə idman növlərinin dalında gələcək var!” – deyə, Y.Nəcəfova bildirib.

Xəbər 2416 dəfə oxundu.