Ronaldodan daha bir ilk
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir ilkə imza atıb.

Portuqaliyalı futbolçu ilk dəfə Çempionlar Liqasının oyununda komandasını meydana kapitan sarğısı ilə çıxarıb.

İker Kasilyas, Serxio Ramos və Marselonun yoxluğunda Çempionlar Liqasının "Ludoqorets"lə qrup matçında kapitanlıq sarğısı Ronaldoya həvalə olunub. "Real"ın 4:0 hesabı ilə qalib görüşdə hesabı penaltidən açan 29 yaşlı futbolçu turnirdə keçirdiyi 109-cu oyununda 72-ci qolunu vurub. Bununla da, Ronaldo "Real"ın canlı əfsanəsi Raul Qonzalesi (71 qol) geridə qoyub.

Qeyd edək ki, Ronaldo daha öncə La Liqada "Real Sosyedad", İspaniya kubokunda isə "Barselona" ilə görüşlərdə komandasının kapitanlıq sarğısını geyinib.

Xəbər 744 dəfə oxundu.