Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi üçün iştirakçı dinləmələri keçirilib
Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib.

Açılış Mərasiminin bədii direktoru cənab Dimitris Papaioannou Bakı 2015-in Atletlər Kəndində könüllüləri rəqs nömrələrinə hazırlayan komandanın tərkibində idi.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq.

Bakı 2015-in Mərasimlər komandası iştirak arzusu, enerjisi və istəyi olan iştirakçıları cümə günü, 12 iyun tarixində yeni tikilmiş Milli Stadionda öz ölkələrini təmsil etməyə hazırlayacaq.

Bakı 2015-in Mərasimlər üzrə direktoru xanım Katerin Uqvu bildirib: “Cəlb ediləcək 6000 nəfər könüllü iştirakçı Avropa Oyunlarına ev sahibliyi edən Azərbayanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda çıxış etmək imkanı qazanacaq.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hiss idi və mən əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik.”

Afina 2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış cənab Papaioannou deyib: “İştirakçı dinləmələrinə başladığımız üçün çox həyəcanlıyıq və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edirik.”

Mərasimlərdə könüllü iştirakçı olmaq üçün yaşınız 18 və ya daha çox olmalıdır. Mərasim iştirakçısı olmaq istəyənlər daha ətraflı məlumat üçün bu ünvana daxil ola bilərlər: http://www.baku2015.com/az/join-us/apply-now

Bu arada, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yaxınlarda İlk Avropa Oyunları həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri Gimnastika və Qılıncoynatma idman növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və Oyunların Açılış Mərasiminə geri sayımı qeyd etmək üçün Bakı 2015-in baş ofisinə dəvət olunub.

Hal-hazırda Bakı 2015-in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.

Xəbər 979 dəfə oxundu.