Avropada 60 ilin ən yaxşı 10 qolu
UEFA-nın 60 illik tarixi ərzində vurulan ən yaxşı 10 qol müəyyənləşib.

Qurumun rəsmi saytında aparılan səsvermənin nəticəsinə əsasən, azarkeşlər Hollandiya millisinin keçmiş futbolçusu Marko van Bastenin "Avro-1988"də keçmiş SSRİ millisinə vurduğu qolu birinci ediblər.

Siyahıda hazırda futbolçu karyeralarını davam etdirəm Kriştiano Ronaldo, Radamel Falkao və Zlatan İbrahimoviçin vurduğu qollar da yer alıb.

Avropa tarixinin ən yaxşı 10 qolu aşağıda qeyd olunanlardır:


1. Marko van Basten - Hollandiya – SSRİ ("Avro-1988"in finalı)

2. Mauro Bressan - “Fiorentina” - “Barselona” (Çempionlar Liqası, 1999/2000 mövsümü)

3. Zinəddin Zidan - “Real” - “Bayer” (ÇL-nin finalı, 2001/2012 mövsümü)

4. Rui Koşta - Portuqaliya - İngiltərə ("Avro-2004"ün 1/4 finalı)

5. Piter Krauç - “Liverpul” - “Qalatasaray” (ÇL-nin qrup mərhələsi, 2006/2007 mövsümü)

6. Kriştianu Ronaldo - “Mançester Yunayted” - “Portu” (ÇL-nin 1/4 finalı, 2008/2009 mövsümü)

7. Deyan Stankoviç - “İnter” - “Şalke” (ÇL-nin 1/4 finalı, 2010/2011 mövsümü)

8. Radamel Falkao - “Atletiko” - “Atletik” (Avropa Liqasının finalı, 2011/2012 mövsümü)

9. Samyuel Umtiti - “Tottenhem” - "Lion" (Avropa Liqasının 1/16 final mərhələsi, 2012/2013 mövsümü)

10. Zlatan İbrahimoviç - “Anderlext” - PSJ (ÇL-nin qrup mərhələsi, 2013/2014 mövsümü)

Xəbər 866 dəfə oxundu.