"Real" "Barselona"nın rekordunu qırdı
"Real" Çempionlar Liqasında yeni rekorda imza atıb.

Madrid klubu dünən gecə "Lodoqorets"i 4:0 hesabı ilə məğlub edib.

ÇL-də oynadığı son 19 matçda meydanı qalib tərk edən "Real" bu nəticə ilə sözügedən turnirdə ard-arda ən çox qələbə qazanan İspaniya klubu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 18 oyunla "Barselona"ya məxsus idi.

Xəbər 831 dəfə oxundu.