"Styaua" klubu haqda şok qərar
Rumıniyanın ən köklü klublarından olan "Styaua" klubu çətin günlər keçirir.

Ordu klubu kimi tanınan "Stayua" adından və loqosundan məhrum edilib.

Rumıniya Müdafiə Nazirliyi komandanın 2004-cü ildən bəri "Styaua" markasından qeyri-qanuni istifadəsi iddiası ilə 2011-ci ildə məhkəməyə şikayət edib. Ötən həftə açıqlanan qərara görə "Styaua" markası klubdan alınaraq Müdafiə Nazirliyinə verilib.

Bu səbəbdən "Styaua" klubu Rumıniya çempionatının 17-ci turunda "Lasi" ilə oyunda meydana ənənəvi "qırmızı-lacivərd" rəngli forma ilə deyil, sarı rəngli forma ilə çıxıblar. Komandanın adı yazılmayan formanın üzərinə klubun loqosu da vurulmayıb.

Qeyd edək ki, "Styaua" klubunun sahibi Cici Bekali və komandanın direktoru Miahi Stoika həbs olunublar.

Xəbər 1007 dəfə oxundu.