“Bakı Alovları” heyətini daha gücləndirdi
“Baku Fires” komandası heyətinə 10 yeni boksçu qatıb. İdman.com.az saytının məlumatına görə, həmin idmançılar Ümumdünya Boks Seriyasının (WSB) 2011/12 mövsümün ikinci dövrəsində komandamıza kömək edəcəklər.

Bunlardan 7-si azərbaycanlı, digər 3-ü əcnəbidir. Legionerlər arasında ötən mövsüm Bakı komandasının şərəfini qorumuş Koba Pxakadze və Denis Poyatsıka da var. “Baku Fires”, həmçinin son Avropa çempionumuz, dünya çempionatının ikincisi və London-2012-yə lisenziya qazanmış 19 yaşlı Teymur Məmmədovu da klubun sıralarına qatıb.

Xəbər 1118 dəfə oxundu.