"İnter" Bakıya 19 futbolçu ilə gəlir
Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah "Qarabağ"ın qonağı olacaq İtaliya "İnter"inin Bakıya gələcək heyəti açıqlanıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Milan təmsilçisi paytaxtımıza 19 futbolçu ilə gələcək.

Artıq qrup liderliyini təmin edən "İnter"in baş məşqçisi Roberto Mançini Bakıya bir neçə aparıcı futbolçusunu gətirməyəcək.


Qapıçılar: 30. Xuan Pablo Karrizo, 46. Tommaso Berni, 95. Kosta

Müdafiəçilər: 6. Marko Andreolli, 14. Hüqo Kampanyaro, 15. Nemanya Vidiç, 25. İbrahima Mbaye, 33. Danilo D`Ambrosio, 54. İsaak Donkor, 94. Yao, 24. Skiakka, 93. Dimarko

Yarımmüdafiəçilər: 20. Joel Obi, 44. Rene Krhin, 90. Yan M`Vila, 96. Andrea Palazzi

Hücumçular: 7. Pablo Osvaldo, 97. Federiko Bonazzoli, 92. Baldini

Xəbər 819 dəfə oxundu.