Dmitri Nazarovun komandası qələbə qazandı
Dmitri Nazarovun komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu Almaniya II Bundesliqasında növbəti matçını keçirib.

Nazarovun komandası 16-cı turda evdə "Ayntraxt"a (Braunşveiq) klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın start heyətində meydana çıxan D.Nazarov 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Karlsrue" klubu 16 turdan sonra 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 879 dəfə oxundu.