Millimizin üzvləri oynadı, komandaları qalib gəldi
Türkiyə birinci liqasında 12-ci turun oyunları keçirilib.

Millimizin üzvləri Vaqif Cavadov və Ufuq Budağın şərəfini qoruduğu "Qaziantep BB" klubu növbəti matçına çıxıb.

Qaziantep təmsilçisi öz meydanında "Adana Dəmirspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın üzvlərindən Ufuq Budaq 90 dəqiqə meydanda olduğu halda, Vaqif Cavadov son 10 dəqiqədə oynamaq şansı əldə edib. Komandada olan digər futbolçumuz Rəhman Hacıyev isə bu görüşdə iştirak etməyib.

Qeyd edək ki, bu qələbədən sonra "Qaziantep BB" klubu 14 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər 861 dəfə oxundu.