Binəqədidə voleybol üzrə rayon birinciliyi keçirilib
Noyabrın 24-də 100 saylı tam orta məktəbdə start verilmiş Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasında oğlanlar arasında voleybol üzrə rayon birinciliyinin 5 dekabr final mərhələsi keçirilib.

12 nəfər olmaqla 22 məktəb komandasının iştirakı ilə keçirilən yarışda birinci yerə 314 saylı, ikinciyə 100 saylı, üçüncüyə 3 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Xəbər 1146 dəfə oxundu.