Göygöl Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 21.01.2014

Göygöl Olimpiya İdman Kompleksi Göygöl-Hacıkənd avtomobil yolunun sağ tərəfində 6 hektarlıq ərazidə yerləşir.

3 blokdan ibarət əsas binanın giriş hissəsində sahəsi 450 m2 olan foye, guşə, 50 nəfərlik kafe və xidməti otaqlar var.

A blokunun birinci mərtəbəsində güləş zalı, trenajor zalı, məşqçilər üçün otaq, sahəsi 164 m2 olan terrassa və xidməti otaqlar yerləşir. İkinci mərtəbədə isə boks zalı, konfrans zalı, məşqçi otağı və digər xidməti otaqlar var.

B blokunda (31x20 m), üzgüçülük zalı (üzgüçülük hovuzunun ölçüsü 25x12,5 metr, tamaşaçı tutumu 102 nəfər), C blokunda isə müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı (53x30 m, tamaşaçı tutumu 780 nəfər) və xidməti otaqlar yerləşir. Bundan başqa I və II mərtəbələrdə 17 ədəd 2 nəfərlik yataq otaqları (cəmi 34 nəfərlik) var.

Kompleksin ərazisində ümumi tutumu 40 nəfər olan 5 ədəd 2 mərtəbəli kottec binaları inşa edilib. Kotteclərdə 1 qonaq otağı və 4 ədəd 2 nəfərlik yataq otaqları var.
Futbol stadionunun (105x68 m), süni ot örtüklü meydançası, atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı 100 metrlik qaçış zolağı, uzunluğa tullanma cığırı var.
Eyni zamanda stadionda 1300 tamaşaçı oturacağı olan üstüörtülü tribuna, müasir işıqlandırma sistemi (4 ədəd 16 projektorlu matça) və elektron tablo quraşdırılıb.
Bundan əlavə ərazidə 42x25 metr ölçüdə mini futbol meydançası və 18x9 metr ölçüdə süni örtüklü Voleybol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.

Ünvan: AZ-2500, Göygöl şəhəri, Fikrət Əmirov qəsəbəsi.


Xəbər 7066 dəfə oxundu.