Qax Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 16.08.2013

Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9220 m2-dir. Kompleksin universal idman zalı binasının ümumi sahəsi 3655 m2-dir. Burada yarışları 480 nəfər əyləşərək və əlavə olaraq 410 nəfər isə ayaq üstə izləyə bilər. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılıb.

Kompleksdə müasir standartlara uyğun, 410 tamaşaçı tutumlu, hovuzunun ölşüsü 25x12.5 metr olan üzgüçülük zalı da inşa edilib.

İkinci mərtəbədə idmançılar üçün 16 nəfərlik istirahət otaqları vardır.
Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir. Burada ümumilikdə, eyni vaxtda 40 nəfər yaşaya bilər.

Kompleksdə süni ot örtüklü futbol stadionu (105x70 m) da tikilib. Eyni zamanda, stadionda üstüörtülü 1000 tamaşaçı oturacağı olan tribuna inşa edilib, məşqçi və hakim otaqları yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.

Ünvan: AZ-3400, Qax şəhəri, H,Əliyev prospekti, 27
Telefon:024-255-52-87

Xəbər 5510 dəfə oxundu.