Qobustan İdman Kompleksi
Yaradılma tarixi: 1 may, 2013-cü il
Ərazi: 5 hektar

Qobustan Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 1 may 2013-cü il tarixindən fəaliyyətə başlamışdır.

İdman Kompleksinin binası - tamaşaçı oturacağı yerlərinin sayı 900 nəfər ölçüsü 50x24 metr olan Universal idman zalı, trenajor zalı, 2 ədəd idmançılar üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları, məşqçilər otağı, tibb məntəqəsi, tamaşaçılar üçün qarderob, tamaşaçılar üçün 2 ədəd sanitar qovşaq, və s. otaqlardan ibarətdir.

Kompleksin ərazisində 66x34 metr ölçüdə süni örtüklü futbol meydançası, 26x18 metr ölçüdə basketbol meydançası, 26x18 metr ölçüdə voleybol meydançası inşa edilmişdir. Kompleksin ərazisində istirahət meydançası da yaradılmışdır.

Ünvan: H.Əliyev 5
İndeks: AZ3700
Şəhər: Qobustan
Telefon: (070) 530-90-19, (020) 245-01-34
E-mail: gobustanoik@mys.az

Xəbər 3617 dəfə oxundu.