Cəlilabad Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 31.07.2012

Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi 5.36 hektardır. Kompleksin əsas binasının sahəsi (48x31 m) 1488 m2-dir. 724 nəfər tamaşaçı tutumu olan universal idman zalında mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir. Burada quraşdırılmış pnevmatik tirdə atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İkinci mərtəbədə geniş trenajor salonu da fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədilir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunur.

Cüdo zalı və eləcə də, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılıb.

Kompleksin nəzdində süni örtüklü futbol meydançası yaradılıb. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri vardır. Meydançanın kənarında 5x110 metr ölçüdə iki qaçış zolağı yaradılıb. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır.

Kompleksin ərazisində 48 nəfərlik, üçmərtəbəli mehmanxana inşa edilib. Birinci mərtəbədə 42 nəfərlik konfrans zalı, 65 nəfərlik yeməkxana, ikinci və üçüncü mərtəbələrin hər birində bir lüks və 11 standart otaq var.

Ünvan: AZ-1500, Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296
Telefon: 025-245-01-20

Xəbər 3768 dəfə oxundu.