"Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşdi
Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib.

Dekabrın 11-də baş tutacaq oyunu çexiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Miroslav Zelinka olacaq. Ona Ondrjey Pelikan və İrji Molaçek köməklik göstərəcəklər. Antonin Kordula isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Xəbər 859 dəfə oxundu.