"İnter"in Bakıya gələcəyi tarix bəlli oldu
Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"ın qonağı olacaq "İnter"in ölkəmizə gələcəyi tarix müəyyənləşib.

Milan təmsilçisi oyundan bir gün öncə - dekabrın 10-da paytaxtımıza gələcək.

İtaliya klubunun həmin gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan öncə isə "İnter"in baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Xəbər 778 dəfə oxundu.