"İdman" qəzetinin fotomüxbiri İngiltərədə keçirilən müsabiqənin qalibi oldu
"İdman" qəzetinin foto müxbiri Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan idmanı - fotokamerada” müsabiqəsinin birincisi olub.

Qeyd edək ki, Dilavər Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

“Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərindən foto sənətinə böyük maraq göstərən Dilavər Nəcəfov, 20 ildən artıqdır ki, Gənclər və idman nazirliyində çalışır.”

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.

İdman.com.az saytının kollektivi, əməkdaşımız Dilavər Nəcəfovu təbrik edir, işlərində uğurlar arzulayırıq.

Xəbər 721 dəfə oxundu.