Premyer Liqamızda mövsümün 150-ci qolu
Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün 150-ci qolu vurulub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “İnter” və AZAL arasındakı paytaxt derbisində (1:0) vurulan yeganə qol yubiley xarakteri daşıyıb. Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi mövsümdə 150-ci qolu vurub. Bu turadək 54 matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan sonra orta məhsuldarlıq 2,63-ə çatıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurub.

Xəbər 855 dəfə oxundu.