1 saylı nümayəndəliyin güləşçiləri komandalararası yarışda qüvvəsini sınayır
8-9 dekabr 2014-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2001-2003-cü il təvəllüdlü) arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçiriləcək.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Komanda xarakteri daşıyan yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçiriləcək.

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xəzri” və "Olimp" güləş klubları ilə yanaşı, əlavə komandaların da iştirakı nəzərdə tutulur.

Proqrama əsasən, dekabrın 8-də sərbəst, dekabrın 9-da isə yunan-Roma güləşi yarışları keçiriləcək.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla mükafatlandırılacaq.

Xəbər 767 dəfə oxundu.