"Qarabağ" - "İnter" matçının biletləri satışda
Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" (Milan) matçının biletləri bu gündən satışa çıxarılıb.

Dekabrın 11-də keçiriləcək oyuna 31 min 200 bilet hazırlanıb.

Futbolsevərlər biletləri bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala biləcəklər. Biletlərin qiyməti 1-10 manatdır. VİP yerlər üçün isə biletlərin qiyməti 50 manat nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.

Əlavə edək ki, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulub və yalnız holoqramlı biletlər etibarlı sayılacaq.

Xəbər 820 dəfə oxundu.