““Rabitə” çox güclüdür”
“Rabitə” əla komandadır. Onlar hazırda çox güclüdürlər”. Bunu Almaniyanın “Dresdner” voleybol klubunun baş məşqçisi Aleksandr Vaibl deyib. O, Bakıda Avropa Çempionlar Liqasının V turunda “Rabitə”yə 0:3 hesabı ilə uduzduqları matçı şərh edib.

Mütəxəssisin sözünə görə, son dünya çempionları Avropanın ən mötəbər turnirinin də aşkar favoritidir: “Biz çox güclü rəqibə qarşı oynayırdıq. Onlar nəinki qrup mərhələsinin, hətta Çempionlar Liqasının qalibi olmağa qadirdirlər”.

Xəbər 955 dəfə oxundu.