Dünya Kubokunda ilk günün nəticəsi
Dünən Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. Planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.

Mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulub. O, 10 km məsafəyə skretç yarışında çıxış edib. 250 metrlik trek boyunca 40 dövrə vuran velosipedçilərin mübarizəsinin başa çatmasına 5 dövrə qalmış toqquşma baş verib və 5 velosipedçi yıxılaraq mübarizəni yarımçıq dayandırıb. Xoşbəxtlikdən Yelena Pavluxina toqquşmadan qaça bilib və Dünya Kubokunu 16-cı pillədə bitirib. O, həmçinin bu gün qrup ötüşməsində də çıxış edəcək.

Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova bu gün 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya gəlincə, o bu gün kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.

Xəbər 886 dəfə oxundu.