Dünya Kubokunda 2-ci mərhələ başladı
Bu gün Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. Planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.

Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19.40-da start veriləcək. Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək.

Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya gəlincə, o sabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.

Xəbər 736 dəfə oxundu.