Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında iştirak edirlər

2014-cü il 8 dekabr tarixində “Şüa“ idman-sağlamlıq kompleksində Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının üzvləri və regionlardan olan istedadlı idmançılar baş məçqçi L.Kuxarski, məşqçilər A.Zudov, M.Timofeyev və E.Hidayətzadənin başçılığı altında təlim-məşq toplanışında iştirak edəcəklər. Ümumilikdə, tədbirdə 15 oğlan və 15 qız tennisçisi fiziki hazırlıq səviyyələrini, texniki və taktiki ustalıqlarını artıracaqlar. Keçiriləcək toplanışın əsas məqsədi 2015-ci ilin fevral ayında baş tutacaq “Avropa Stolüstü Tennis TOP-16 Kuboku” və I Avropa Oyunlarının proqramına daxil edilmiş stolüstü tenni yarışlarına daha yaxşı hazırlaşmaqdır. Məlumat üçün qeyd edək ki, Polşadan Bakıya dəvət olunmuş 3 oğlan və 1 qız idmançısı da sparrinq kimi tennisçilərimizlə birgə məşq keçəcək və təcrübələrini oynçularımızla bölüşəcəklər. Təlim-məşq toplanışı dekabr ayının 14-ə qədər davam edəcək.

Xəbər 956 dəfə oxundu.