“İqtisadçı” bu gün çətin oyuna çıxır
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda ölkəmizi təmsil edən “İqtisadçı” İtaliyada “Yamamay” klubunun qonağı olacaq. Mütəxəssislərin rəyinə əsasən, oyununun aşkar favoriti Apennin təmsilçisidir.

Çünki Busto Arsizio klubu ötən mövsümlə müqayisədə bu il çox güclüdür və hətta İtaliya “A seriyası”nda 11 oyundan sonra maksimum – 33 xalla turnir cədvəlinin vahid lideridir. Bunun üçün də 2 il öncə Bakıda analoji yarışın qalibi olan “Yamamay”ın doğma divarlar arasında Super Liqamızın bürünc mükafatçısına uduzacaqları inandırıcı görünmür.
Qeyd edək ki, cavab matçı yanvarın 19-da Bakıda keçiriləcək.

11 yanvar

1/8 final mərhələsi, ilk oyun
23:30. “Yamamay” (İtaliya) – “İqtisadçı” (Azərbaycan)
Hakimlər: İskra Zidaniç (Xorvatiya), Lemonia Moula (Yunanıstan)

Xəbər 871 dəfə oxundu.