Millimizin voleybolçusu ən yaxşı oldu

Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının V turunda “Rabitə” (Azərbaycan) – “Dresdner” (Almaniya) görüşünün ən yaxşısının adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Nataşa Osmokroviçin zədə səbəbindən oynamadığı qarşılaşmanın qəhrəmanı Natalya Məmmədova olub. Komandamızın kapitanı 3:0 hesabı ilə qalib gəldikləri matçda 20 xal toplayıb. Digər voleybolçularımıza gəlincə, Sanya Staroviç 11, Mira Qoluboviç 10, Nataşa Krsmanoviç 9, Dobriana Rabadjiyeva 5, Kimberli Qlass 4 və İrina Jukova 2 dəqiq zərbə vurublar.
“Dresdner”in heyətində isə Yudit Pyetersen və Robin de Kruiyf daha dəqiq olublar. Onlar Azərbaycan çempionundan hərəyə 9 xal alıblar.
Qeyd edək ki, bu qələbədən sonra “Rabitə” 12 xalla qrupda liderliyini davam etdirir və vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbər 916 dəfə oxundu.