Məmmədov İbrahim Bayram oğlu
Məmmədov İbrahim Bayram oğlu 23 iyul 1957-ci ildə Bakı şəhərində anadan olub.
1973-cü ildən əmək fəaliyyətinə başlayıb. 1979-cu ildə Naxçıvan Dövlət Pedoqoci İnstitutunu, 1985-ci ildə Marksizm-Leninizm Universitetini, 2004-cü ildə isə ADBTİ Akademiyasını bitirib. 1983-cü ildən Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində məşqçi-müəllim, təlimatçı-metodist, 1985-ci ildən 1990-cı ilədək isə direktor vəzifəsində çalışıb. 1990-cı ildən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbində baş təlimatçı-metodist, 1998-ci ildən isə direktor müavini vəzifəsində çalışıb. 2000-ci ildən «Təhsil» Respublika İdman Mərkəzinin direktor müavinidir. 2004-cü ildə nəşr edilmiş «Şahmat oyunu dərsliyi» kitabının baş redaktoru, UGŞİM-lər üçün isə Tədris proqramlarının müəllifidir. I dərəcəli məşqçi-müəllim, Respublika və FİDE (Beynəlxalq) kateqoriyalı hakimdir. 2002-ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb. Azərbaycan Şahmat Federasiyasının baş katibidir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1375 dəfə oxundu.