“Rabitə” yenə Almaniya klubuna aman vermədi

Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının V turunun oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, Bakının “Rabitə” klubu qrup mərhələsinin son ev matçında Almaniya “Dresdner”ini qəbul edib. “Sərhədçi” Olimpiya-İdman Mərkəzində təşkil edilmiş matçda Zoran Qayiçin komandası rəqibə yenə şans verməyib və görüş səfərdə olduğu kimi, “quru” hesabla sona çatıb.

V tur

10 yanvar
“Rabitə” (Azərbaycan) – “Drezdner” (Almaniya) - 3:0 (25:17, 25:17, 25:16)
Hakimlər: Ritvars Alksnis (Latviya), Krassimir Todorov (Bolqarıstan)

Xəbər 994 dəfə oxundu.