"İdman" qəzetinin foto müxbiri Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan idmanı- fotokamerada” müsabiqəsinin birincisi olub.
Qeyd edək ki, Dilavər Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

TEAS: “Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərən Dilavər Nəcəfov, 20 ildən artıqdır ki, Gənclər və idman nazirliyində çalışır. ”

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.

İdman.com.az saytının kollektivi, əməkdaşımız Dilavər Nəcəfovu təbrik edir, işlərində uğurlar arzulayırıq.

Xəbər 694 dəfə oxundu.