AzAL “Neftçi”nin futbolçusu ilə maraqlanır

“Artıq tibbi müayinədən keçmişik. Futbolçuların hamısı artıq düşərgədədir. Hətta az öncə ilk məşqimizi də reallaşdırdıq”. Bu sözü AzAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib. Fasilə zamanı klubun baş məşqçisi postuna təsdiqlənən mütəxəssis yeni ildə ilk məşqini keçib. O, bu gün Şüvəlandakı stadionda yetirmələrini bir araya yığıb. Hazırlıq planı haqda danışan Mirzəyev ilkin mərhələdə fiziki təmrinlər üzərində çalışacaqlarını qeyd edib: “Təbii ki, öncə fiziki planda çalışacağıq. Daha sonra taktiki, texniki hazırlıq keçəcəyik”. Kristian Ruis və Vüsal Qarayevin xidmətinə ehtiyac duymayan baş məşqçi müdafiə xəttinə bir futbolçu transfer edəcək. Belə ki, “Neftçi”də çıxış edən Tural Nərimanovla danışıqlar aparılır.

Xəbər 976 dəfə oxundu.