Coko Haciyevskinin yeni komandası müəyyənləşdi
"Bakı" və "Simurq" klublarının, eləcə də Azərbaycan millisinin sabiq baş məşqçisi Coko Haciyevskinin yeni iş yeri müəyyənləşib.

Makedoniyalı mütəxəssis bundan sonra ölkəsinin "Pelister" klubunu çalışdıracaq.

Haciyevskinin yeni komandası Makedoniya çempionatında geridə qalan 17 turdan sonra 18 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 2009-cu ildə "Bakı"nı Azərbaycan çempionu edən Haciyevski komandası ilə Avropa Liqasının "pley-off"una qədər irəliləmişdi.

Xəbər 817 dəfə oxundu.