Prosineçki "Xəzər Lənkəran" - "Qəbələ" oyununda
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın XV turunda keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” oyununu stadiondan canlı izləyəcək.

Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, dekabrın 7-də, "Bayıl Arena"da keçiriləcək "Xəzər Lənkəran" - "Qəbələ" oyunu saat 17:00-da başlayacaq.

Xəbər 818 dəfə oxundu.