UEFA milli komandaların yeni yarışının formatını təsdiqlədi
UEFA İcraiyyə Komitəsi Avropa Millətlər Liqasının formatı və təqvimini təsdiqləyib.

UEFA-ya üzv olan 54 ölkənin yığmasının iştirakı ilə təşkil olunacaq turnirin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək.

Reqlamentə əsasən, 54 ölkə ilk olaraq 4 diviziona bölünəcək. Birinci divizionda 12, ikinci divizionda 12, üçüncü divizionda 14 və dördüncü divizionda 16 ölkənin milli komandası qərarlaşacaq. Divizionlar müvafiq olaraq A,B, C və D divizionları adlandırılacaq.

Öz qruplarında sonuncu olan dörd yığma aşağı diviziona yuvarlanacaq. Eyni şəkildə qruplarda ilk dörd yeri tutacaq dörd komanda isə növbəti divizionda oynamaq hüququ qazanacaq. Birinci divizionda ilk pillərdə qərarlaşacaq komandalar arasında keçiriləcək final oyunlarından sonra Avropa Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Millətlər Liqasının "pley-off"una vəsiqə qazanan dörd milli komanda eyni zamanda "Avro-2020"nin final mərhələsində iştirak hüququ əldə edəcək.

Xəbər 871 dəfə oxundu.