Pele ömürlük müqavilə imzaladı
Dünya futbolunun canlı əfsanəsi Pele Braziliyanın "Santos” klubu ilə ömürlük müqavilə imzalayıb.

Müqaviləyə əsasən klub 74 yaşlı keçmiş oyunçunun simasından və adından bütün məhsullarında istifadə edə biləcək.

Klub rəsmi saytı vasitəsi ilə Peleyə müqavilə imzaladığı üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Pele 1956-1974-cü illərdə "Santos”un şərəfini qoruyub və oynadığı 638 matçda 619 qol vurub.

Xəbər 452 dəfə oxundu.