"İnter" futbolçuların bir neçəsini Bakıya gətirməyəcək
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" aparıcı futbolçuların bir neçəsini Bakıya gətirməyəcək.

Qrup liderliyini təmin edən "İnter"in baş məşqçisi Roberto Mançini "Qarabağ"la qarşılaşmada əsas heyətin 7 oyunçusunun xidmətindən yararlanmayacaq. İtalyan məşqçi onlar üçün heç bir əhəmiyyət daşımayan Bakıdakı oyun zamanı aparıcı futbolçularına istirahət vermək istəyir.

Bu səbəbdən də o, Samir Handanoviçi, Andrea Ranokkyanı, Juan Jesusu, Yan Mvilanı, Yuto Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirmək istəyindən vaz keçib. "İnter"in İtaliya çempionatında işləri qaydasında olmadığından, Mançini aparıcı futbolçularını yorğunluqdan və yersiz zədədən qorumaq niyyətindədi.

"Qarabağ" - "İnter" oyunu dekabrın 11-də keçiriləcək.

Xəbər 839 dəfə oxundu.