"AVRO-2020"nin seçmə mərhələsi mart-noyabrda keçiriləcək
"Avro-2020"nin seçmə mərhələsinin oyunarlı 2019-cu ilin mart-noyabr aylarında keçiriləcək.

Bu barədə UEFA İcraiyyə Komitəsinin (İK) iclasında qərar qəbul olunub.

54 milli 5 və ya 6 komandadan ibarət olmaqla, 10 qrupa bölünəcək. 1-ci və 2-ci yeri tutanlar final mərhələsinə 24 vəsiqə uğrunda sahib olacaqlar. Daha 4 yerin sahibi isə Millətlər Liqasının "pley-off"unda iştirak edən komandalar olacaq.

Qeyd edək ki, "Avro-2020"nin qrup mərhələsinin 3 oyunu və 1/4 final matçlarından 1-i Bakıda keçiriləcək.

Xəbər 979 dəfə oxundu.