Almaniya millisinə qayıdacaqmı? - Lam açıqladı
Almaniya millisinin sabiq üzvü Filip Lam yenidən yığmaya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

"Bild" qəzetinə danışan təcrübəli futbolçu Almaniya yığmasındakı vaxtın başa çatdığını deyib:

"Təəssüf ki, Almaniya millisinə qayıda bilməyəcəm. Yığmadakı vaxtım başa çatıb. Bundan sonra Bundestimin formasını yalnız bir azarkeş kimi geyinəcəm. 10 il yığmanın şərəfini qorudum və hər şey yaxşı alındı. Komandanın kapitanı oldum və bu il dünya kubokunu qazandım".

Qeyd edək ki, Lam "DÇ-2014"ün qalibi olduqdan sonra yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Xəbər 813 dəfə oxundu.