Ronaldinyo:"MY-ya keçməyə yaxın idim"
Barselonanın keçmiş futbolçusu Ronaldinyo Mançester Yunaytedə alınmayan keçidindən danışıb.

«Hər şey ani baş verdi. Mənim böyük dostum Sandro Rossel Barselonanın direktorlar şurasına daxil olmaq üzrə idi.

Mən artıq bir ayağımla Mançester Yunayteddə idim. Bəzi kiçik detalları razılaşdırmaq qalırdı.Lakin son anda Rossel zəng elədi və komandasının seçkiləri udacağını söylədi.

Mən Barselonada oynamaq istəyirdim. Xoşbəxtəm ki, belə bir sevinc mənə bəxş edilib.Belə böyük klubda oynamaq çoxlarının arzusudur», – deyə Ronaldinyo bildirib.

Xəbər 861 dəfə oxundu.