"Qarabağ"ın məşqçiləri Hollandiyaya gedir
"Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarının məşqçilərinin təcrübə keçmək üçün Hollandiyaya gedəcəyi barədə sizə məlumat vermişdik. Artıq səfərin vaxtı da dəqiqləşib. Bu barədə "Qarabağ"ın 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Ayxan Abbasov məlumat verib:

"Qarabağ”a idman direktoru təyin olunmuş hollandiyalı mütəxəssis Con van Leonun təşəbbüsü və klubun təşiklatçılığı ilə dekabrın 13-dən sonra Hollandiyaya yola düşəcəyik. Demək olar ki, bütün aşağı yaş qruplarında çalışan məşqçilər bu səfərdə təmsil olunacaq. Biz "Ayaks”, PSV "Eyndhoven”, "Feyenoord” və "Utrext”in futbol akademiyalarında olacağıq. Əsas məsələ onların iş prossesi, məşqləri ilə yaxından tanış olmaqdır. Səfər bir həftəlik nəzərdə tutulub."

Xəbər 820 dəfə oxundu.