Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Dekabrın 4-də, saat 11:00-da, AFFA-nın inzibati binasında müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Xəbər 805 dəfə oxundu.