"Qarabağ"ın nümayəndə heyəti Barselonada

"Qarabağ" klubunun nümayəndə heyəti İspaniyaya yollanıb. Klubdan idman.com.az saytına verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov 1 həftə ərzində İspaniyanın "Barselona" komandasının düşərgəsində olacaq. Onu İspaniyada Anar Məmmədli və Borçe Xristov müşayət edəcək. Səfər çərçivəsində katalonların məşqlərini izləyəcək Qurban Qurbanov "Barselona"nın iki oyununu da izləmək imkanına malik olacaq.

Xəbər 959 dəfə oxundu.