Türkiyə kuboku: "Qalatasaray" qalib gəldi
Türkiyə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

4 qrupda 6 qarşılaşma baş tutub.

“Qalatasaray” öz meydanında “Əskişəhərspor”u qəbul edib. Bol qollu oyun “Cim-bom”un qələbəsi ilə başa çatıb – 4:2. Bu, yeni baş məşqçi Həmzə Həmzəoğlunun “Qalatasaray”da ilk qələbəsi olub.

Digər oyunların nəticəsi belə olub: “Rizəspor” - “Adana Dəmirspor”a - 2:1, “Samsunspor” - “Karagömrük” - 1:0, “Altınordu” - “Bayburt” - 1:0. “Diyarbakır Diski” – “Balcova Bld” – 2:2.

3 dekabr

Türkiyə kuboku, qrup mərhələsi

C qrupu

“Samsunspor” – “Karagömrük” – 0:1
Qol: Dursun, 15

"Sivasspor" - "Qaziantepspor" - 1:2
Qollar: Aras, 57 (1:0), Şen, 82 (1:1), Yılmaz, 90+4 (1:2)

E qrupu

“Altınordu” – “Bayburt” – 1:0
Qol: Akyel, 49

F qrupu

“Rizəspor” – “Adana Dəmirspor” – 2:1
Qollar: Silvestr, 10 (1:0), Özcan 37 (1:1), Kvike, 67 (2:1)

G qrupu

“Diyarbakır Diski” – “Balcova Bld” – 2:2
Qollar: Ari, 4 (0:1), Sahat, 13 (0:2), Şahin, 19 (1:2), Eren, 89 (2:2)

“Qalatasaray” – “Əskişəhərspor” – 4:2
Qollar: Özkan, 5 (0:1), Selcuk, 15 (1:1), 36 (2:1), Şenturk, 61 (2:2), Bruma, 83 (3:2) Bulut, 89 (4:2)

Xəbər 832 dəfə oxundu.