Cüdoçularımız “Atatürk Kuboku”ndan böyük qələbə ilə qayıtdılar
Noyabrın 29-30-u tarixlərində “Zirvə” İdman Klubunun cüdoçuları Türkiyənin Ankara şəhərində mötəbər bir turnirdə iştirak ediblər. Klubumuzun bu şəhərdəki “Altınpark-Akarsu Yarış Kompleksi”ndə böyük rəhbər Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş beynəlxalq “Atatürk Kuboku” keçirilib. Azərbaycanı bu yarışda bizim klubun idmançıları təmsil ediblər.

Baş məşqçi Hətəm Əhmədov və məşqçi Elməddin Əhmədovun rəhbərliyi altında Kubokda 20 cüdoçu qatılıb. Onların hər biri fəxri kürsüyə qalxaraq ölkəmizi layiqincə təmsil edə biliblər. Yarışda ümuilikdə 350-dən çox cüdoçu iştirak edib. Komandamız ümumilikdə 9 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.

Xəbər 916 dəfə oxundu.