“İnter” qış hazırlığına Bakıda başladı

“İnter” klubu qış hazırlıq dövrünə start verib. İdman.com.az saytı xəbər verir ki, “Şəfa” stadionunda toplaşaraq ilin ilk məşqinə çıxan “bankçılar”, yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Ayın 14-də isə “göylər” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Antalyaya yola düşəcək. Kaxaber Sxadadzenin komandası orada bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.

Xəbər 953 dəfə oxundu.