344 gündən sonra - AZAL-ın qələbəsi
Bakının AZAL klubu ev oyunlarında uğursuz seriyaya son qoyub.
İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”a 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun futbolçuları mövsümdə ilk dəfə doğma meydanda qələbə qazanıb.

AZAL ötən mövsümün ikinci yarısında da ev matçlarında qalib gələ bilməyib. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi 2014-cü ildə ilk dəfə qonaqları xalsız qoya bilib. Bakılıların evdəki son qələbəsi 2013-cü il dekabrın 20-də qeydə alınıb. 344 gün əvvəl “Neftçi”ni 2:1 hesabı ilə yenən AZAL sonrakı 15 görüşdə qələbəyə həsrət qalmışdı: 8 heç-heçə, 7 məğlubiyyət.

Evdə 15 oyunluq qələbəsizlik Azərbaycan çempionatları tarixində 6-cı nəticədir. “Şəfa” 21, MOİK 20 (2005/2006), “Bakı” (2001/2002) və “Bakılı” (2007/2008) 19, “Simurq” (2010/2011) 16 oyunluq seriya ilə daha pis nəticə göstərib.

Xəbər 958 dəfə oxundu.